“Sağlam Həyat Tibb Mərkəzi” cərimələndi
21-avq-2024“Sağlam Həyat Tibb Mərkəzi” yol verdiyi qanun pozuntusuna göə haqqında cərimə protokolu tərtib ediblər.
Tribunainfo.az xəbər verir ki, sözügedən klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı başladılmış işə Gəncə Apellyasiya Məhkəməsində baxılır. 26 avqust tarixində hakim Faiq Mahmudovun sədrliyi ilə işə baxılacaq.