Bu gün:
Xezer.info » Siyasət » Xanlar Fətiyevin dairəsində gərginlik

Xanlar Fətiyevin dairəsində gərginlik



98 saylı Bərdə Tərtər seçki dairəsində deputatlığa namizəd Xanlar Fətiyev Seçki Məcəlləsinin əsas müddəalarını pozaraq, qeyri qanuni üsullara əl ataraq seçki təbliğat və təşviqatımıza mane olmağa çalışır , öyrədilmiş təxribatçı şəxsləri görüşlərimizə göndərərək görüşlərimizi pozmağa cəhd edir.

Pravda.az-ın xəbərinə görə, bunu həmin seçki dairəsi üzrə namizədliyi qeydə alınan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev bildirib.

“Xanlar Fətiyevə xəbərdarlıq edirəm və ona bildirirəm: qanunun tələblərini pozma, Seçki Məcəlləsinin qaydalarına riayət et və xalqın səsini qazan. Digər qanunsuz fəaliyyətlərini kənara burax. Əks halda qanun qarşısında cavab verməli olacaqsan. Xanlar Fətiyevin “təbliğatçıları” polisin adını və rayon rəhbərliyini ləkələməyə, onların adından vətəndaşlara, bizə dəstək verən insanlara hədə qorxu gəlir, şantaj yolu ilə onları bu yoldan çəkindirməyə çalışırlar. Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər müəllimin, Bərdə Rayon İcra Hakimiyyətimin başçısı Vidadi İsayevin adı ilə sui-istifadə edərək vətəndaşları bizə dəstək verməkdən çəkinməyə məcbur edirlər. Xanlar Fətiyevi bu yoldan çəkinməyə, qanunsuzluğa yol verməməyə səsləyirəm, əks halda seçki qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmaq, birbaşa seçki məcəlləsinin pozulması, seçki prosesinə birbaşa müdaxilə halı kimi dəyərləndirilərək məsuliyyət daşıyacaq”, – o qeyd edib.