Bu gün:
Xezer.info » Dünya » SON DƏQİQƏ: Pezeşkian korrupsiya həbslərinə başladı

SON DƏQİQƏ: Pezeşkian korrupsiya həbslərinə başladı



İranın yeni prezidenti Məsud Pezeşkiyan seçki dönəmində söz verdiyi vədlərdən birini həyata keçirməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən böyük qalmaqala səbəb olmuş “Çayi Debaş” korrupsiya olayına görə, bir nəfər həsb olunub.
Belə ki, İran hüquq-mühafizə orqanları İbrahim Rəisi dönəmində kənd təsərrüfatı naziri işləmiş Cavad Sadatnejatı saxlayıb. O, 4.8 milyard dollarlıq korrupsiya hadisəsində ittiham olunur.
Qeyd edək ki, “Çayi Debaş” olayı İran tarixində ən qalmaqallı korrupsiya hadisəsidir. Belə ki, İranın kənd təsərrüfatı naziri bir neçə iş adamı ilə əlbir olaraq, Hindistan və Şri-Lankadan çay almaq adı ilə hökumətdən 4.8 milyard dollar pul alıblar. Lakin məlum olub ki, sözügedən ölkələrlə razılaşmanın dəyəri cəmi 500 milyon dollar olub.
Pezeşkiyan hələ seçki dönəmində bəyan etmişdi ki, baş vermiş korrupsiya halları ilə bağlı heç bir güzəştə getməyəcək. O, həmin məsələləri araşdıracağını və bu işdə əli olanları cəzalandıracağını bildirmişdi.