Bu gün:
Xezer.info » Dünya » Ruslar Ukraynanın “Şuşası”nı tərk etdi – Çasov Yarda fiasko

Ruslar Ukraynanın “Şuşası”nı tərk etdi – Çasov Yarda fiasko



Rusiya Ukraynanın işğal altında olan Çasov Yar məntəqəsindən qoşunlarını çıxararaq, Kurska daşıyıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutu (MTİ) məlumat yayıb.
Məlumatda deyilir ki, 11-ci Hava Desant Qüvvələri dünən Ukrayna ordusuna Sujanın şərqində hücum etməyə də cəhd edib.
MTİ ekspertləri hesab edir ki, rusların qoşunlarının bir hissəsini çıxarması onların Ukrayna ərazisində zəifləməsi demək kimi qəbul olunmamalıdır. Onlar hesab edirlər ki, desant qüvvələri nizami əsgərlərdən təşkil olunsalar da, aktiv döyüşlərin iştirakçısı hesab olunmurlar.