Bu gün:
Xezer.info » Eksklüziv » Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu Aydın Əliyevə necə təsir göstərir?

Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu Aydın Əliyevə necə təsir göstərir?


Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu Aydın Əliyevə necə təsir göstərir?
Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu Aydın Əliyevə necə təsir göstərir? Son zamanlar Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində bir sıra xoşagəlməz məqamlar, ciddi problemlər yaşanır. Bu kimi halların həm Azərbaycan, həm də əcnəbi ölkə vətəndaşlarının narazılığına səbəb olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, məhz baş inspektor İlham Ağamalı oğlunun yol verdiyi kobud nöqsanlar səbəbindən bu gün Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalıq ən yüksək həddə çatıb. Belə ki, adıçəkilən gömrük-keçid məntəqəsindən İrana keçib-qayıdan vətəndaşların gömrük əməkdaşlarının özbaşınalığından hədsiz narazı olduqlarını qeyd edən mənbənin sözlərinə görə, xırda ticarətlə məşğul olan Biləsuvar, Cəlilabad və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşları Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun tətbiq etdiyi «qayda»ların qurbanına çevriliblər: «Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun əməlləri heç bir qanuna və məntiqə sığmır. Bildirilir ki, o, gömrük keçid məntəqəsində elə bir qeyri-müəyyən ab-hava yaradıb ki, sanki bura onun və ətrafındakı bir neçə şəxsin özəl obyektidir. Belə ki, müxtəlif yollara baş vuraraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təsir etməyi bacaran İlham Ağamalı oğlu Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsini müvafiq qanunlarla yox, məhz özünün müəyyənləşdirdiyi «qayda»larla idarə etməyə çalışır. Deyilənlərə görə, hazırda adıçəkilən gömrük keçid məntəqəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanlar saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirirlər. Lakin buna baxmayaraq, heç kim Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğluna irad tutmur, onun əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də o, öz bildiyini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışır». Bu arada, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun qardaşı Aydın Ağamalı oğlunun məhz qardaşının yardımları ilə İrana yüklü miqdarda mal apardığını iddia edən məlumatlı şəxs bildirir ki, o, bir dəfə sərhəddə tutulub: «Deyilənlərə görə, qardaşına arxalanan və məhz onun əli ilə İrana mal aparan Aydın Ağamalı oğlunun qonşu ölkə ilə ticarəti zamanı bir sıra müəmmalı, qaranlıq məqamlar cərəyan edir. Bildirilir ki, o, bir müddət öncə elə bu səbəbdən sərhəddə tutulmuşdu. Qeyd olunur ki, həmin vaxt ona məxsus yük avtomobili sərhəddə saxlanılmışdı. Deyilənlərə görə, həmin avtomobildə nəsə müəmmalı maddələr olub. Lakin adını çəkmədiyim deputatlardan birinin sayəsində o, sərbəst buraxılıb, həmçinin məsələnin ört-basdır edilməsinə nail olub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun digər qardaşı mərhum Xanağa Ağamalı oğlu da İrana gedib gəlirmiş. İlham Ağamalı oğlunun bacısı Rəfiqə isə falçıdır. Deyilənlərə görə, onun yanına gələnlərin böyük əksəriyyəti tanınmış şəxslər, vəzifə sahibləridir». Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun Bakıda və ölkənin ən səfalı guşələrində mülklərinin, biznes obyektlərinin olduğunu vurğulayan mənbənin sözlərinə görə, onun sahib olduğu mülklər qardaş və bacısının, eyni zamanda qohumlarının adınadır: «Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində qanunsuz yollarla külli miqdarda sərvət əldə edən baş inspektor İlham Ağamalı oğlu bu gün əlindəki maddi imkanlara görə hətta oliqarx məmurlara belə, meydan oxuya bilər. Sözsüz ki, hər kəs özünə şərait qurmaqda, daha çox gəlir əldə etməkdə sərbəstdir. Lakin bu bir faktdır ki, İlham Ağamalı oğlunun topladığı sərvətin qaynağı birbaşa olaraq Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsindəki işdən gəlir. Hələ bu, harasıdır. Deyilənlərə görə, Aydın Ağamalı oğlunun Əli adlı oğlu da, xoşagəlməz əməllərlə məşğul olur, bibisinin falçılığına göz yumur. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşananlara, o cümlədən baş inspektor İlham Ağamalı oğlunun fəaliyyətinə olduqca diqqətli yanaşmalıdır. Çünki son zamanlar adıçəkilən gömrük keçid məntəqəsində insanlara çox ciddi problem yaradılır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.