Bu gün:
Xezer.info » Dünya » Xaçikyan: İrəvan şansı qaçırıb

Xaçikyan: İrəvan şansı qaçırıb



“Hamı sülhdən danışır, amma heç kim həmin sazişdə hansı şərtlərin olduğu barədə bir kəlmə də olsun demir”. Xezerinfo.az xəbər verir ki, bunu politoloq Artur Xaçikyan “Hraparak”a müsahibəsində deyib.
O qeyd edib ki, Erməınistan 10 noyabr sazişindən imtina etməklə bir sıra şansları əldən verdi. “Həmin razılaşma qalsaydı, Zəngəzur dəhlizi açıqlacaqdı. Lakin bizim yuridiksiyamız altında olacaqdı. Sadəcə, dəhlizi ruslar qoruyacaqdı”.
Xaçikyan deyib ki, Rusiyaya 100 faiz inanmaq da lazım deyil. “Amma digərlərinə baxanda, ruslara yenə zəmanət vermək olar. Çünki ABŞ dəhliz məsələsində heç bir öhdəlik götürmür”.
Erməni politoloq vurğulayıb ki, yeni şərtlər çərçivəsində Türkiyə və Azərbaycan maksimum nəticələr əldə edəcək. “Onlar həm Qərbə, həm də Rusiyaya təzyiq edəcəklər ki, dəhliz açılsın və paralel olaraq azərbaycanlılar da həmin bölgəyə yerləşsinlər. Bu, Zəngəzurun itirilməsi deməkdir”.