Bu gün:
Xezer.info » Qarabağ » Sərhəddə nə baş verib? – Ekspert düşmənin məkrini ifşa etdi

Sərhəddə nə baş verib? – Ekspert düşmənin məkrini ifşa etdi



Ermənistanın “Hraparak” qəzeti Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insidentin yaşandığı barədə məlumat yayıb.
Məlumatda deyilir ki, delimitasiya və demarkasiyadan sonra Gürcüstana gedən yolun bir hissəsi olan Kirants körpüsünün Azərbaycan tərəfinə təhvil verildiyi və yeni, alternativ yolun tikintisinə başlanıldığı bildirilib. Lakin Ermənistanın çəkdiyi yeni yolunda sərhədi pozması səbəbindən sərhədçilərimiz erməni sərhədçiləri ilə mübahisə ediblər.

Xezerinfo.az dəqiqləşdirib ki, erməni mətbuatı yalan xəbər yayıb. Sərhəddə hər hansı insident olmayıb və düşmən mediası dezinformasiya yaymaqla Qərbin diqqətini cəlb etmək istəyir. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri rəsmi açıqlama yaymayıblar. Saytımıza danışan ekspert Ramiyə Məmmədova bildirib ki, Ermənistan Avropa Birliyinin və onu silahlandıran ölkələrin regiona marağını artırmaq üçün təxribatçı hibrid savaş aparır. Onun fikrincə, Aİ və Fransa İrəvanı silahlandırmaqla onu həvəsləndirir. Bununla belə, analitik hesab edir k, Ermənistan səhv diplomatik siyasət aparır və Bakının şərtlərini qəbul etməli olacaq.