Bu gün:
Xezer.info » Eksklüziv » Şikayətçi “Sağlam Ailə Tibb Mərkəzi”ndə başına gələnlərdən yazdı

Şikayətçi “Sağlam Ailə Tibb Mərkəzi”ndə başına gələnlərdən yazdı


Şikayətçi “Sağlam Ailə Tibb Mərkəzi”ndə başına gələnlərdən yazdı
ikayətim “Sağlam Ailə Tibb Mərkəzi”ndən, şəxsən həkim Rafiq Hüseynzadədəndir. 50 AZN ödəniş etdikdən sonra həkimlə 10 dəqiqəlik görüşüm baş tutub. Görüş zamanı həkimin müalicə üsulunu bəyənməmişəm. Üstəlik problemin ilkin variantını öyrənməmiş mənə “Sağlam Ailə” Nərimanov filialında 452 AZN dəyərində analizlər yazıb ki, bu da xəstəxananın maddi maraqlarını güdmək xatirinə atılmış addımdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən klinikada həkim qəbulunda olan Rəhim Qədirov yazıb. Şikayətçi “xidmət”dən narazı qalıb:

“Mən həmin həkimin yanına getmək istəmədiyimi, həkimin mənə heç bir məsləhət, resept və ya xidmət göstərmədiyini, ödənişimi geri istədiyimi dedikdə isə müxtəlif absurd bəhanələrlə ödənişi geri qaytarmaqdan imtina edirlər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar