“Sona qədər, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək” – Əliməmməd Nuriyеv
20-iyul-2024Əziz dostlar bildiyiniz kimi 01 sentyabr 2024-cü tarixdə VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüşəm. Seçkilərə ciddi şəkildə hazırlaşırıq, artıq seçki komandası formalaşıb, bölgəmizin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları, icma, rəy liderləri ilə mütəmadi müzakirə aparıram. Bölgəmizi dahi Məmməd Araz təbirincə desək qarış-qarış, addım-addım, adam-adam, kənd-kənd tanıyıram. Çətinlikləri, qaldırılmalı olan məsələləri bilirəm, bunlarla əlaqədar geniş məsələhətləşmə aparıram. Seçki kampaniyası həm də problemlərin palaz alıtından gün işığına çıxarılması imkanı yaradır. Son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınmışdı. Seçki seçki dairəsi üzrə 89 məntəqədə keçiriləcək. Çalışacağam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin. Namizədliyimi geri götürməyim haqqında şaiyə yayılır. Bu tamamilə yalandır, sona qədər, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək.
Əliməmməd Nuriyev,
75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd