Trampa qarşı sui-qəsdlə bağlı yeni təfərrüatlar
20-iyul-2024İyulun 13-də seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa təş açan Tomas Metyu Kruks sui-qəsd cəhdindən bir neçə saat əvvəl pilotsuz təyyarə ilə tədbir məkanının üzərindən keçib.
Xezerinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” və NBC mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs Çinin DJI şirkətinin kamerası olan drondan istifadə edib və bunun sayəsində siyasətçiyə qarşı sui-qəsd planlaşdıra bildiyi iddia edilib.
Trampın mitinqinin yeri və vaxtı məlum olandan az sonra Kruks tədbir üçün qeydiyyatdan keçib və bir neçə gün sonra ətrafa nəzər salmaq üçün kompleksə gəlib. WSJ yazır ki, onun pilotsuz təyyarədən əlavə, daha sonra sui-qəsd cəhdi yerinin yaxınlığında park edilmiş avtomobilində partlayıcı maddələr və gülləkeçirməz jilet tapılıb.
O da məlumdur ki, son aylarda Kruks poçtda “təhlükəli materiallar” yazılmış bir neçə bağlama alıb. Gənc internetdə eks-prezidentin mitinqlərinin tarixlərini, həmçinin bu ilin avqustunda Demokratlar Partiyasının qurultayı və ABŞ-ın hazırkı prezidenti Co Bayden haqqında məlumatları axtarıb.
20 yaşlı Tomas Metyu Kruks iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açdıqdan sonra Gizli Xidmət agentləri tərəfindən güllələnərək öldürülüb. Trampın özü yalnız yüngül qulağı zədəsi alıb, onun arxasında dayanan bir nəfər sui-qəsd nəticəsində ölüb, daha iki nəfər isə ağır yaralanıb.