Bu gün:
Xezer.info » Dünya » İranda ultra sağlarla islahatçılar arasında savaş başladı: Zərifə məsciddə hücum edildi

İranda ultra sağlarla islahatçılar arasında savaş başladı: Zərifə məsciddə hücum edildi



Məsud Pezeşkiyanın prezident seçilməsini həzm edə bilməyən Səid Cəlilinin başçılıq etdiyi ultra sağlar islahatçılarla savaşa başlayıblar. Xezerinfo.az xəbər verir ki, dünən bunun ilk addımı atılıb.
Belə ki, Tehrandakı məscidlərdən birində cümə namazına qatılan İranın keçmiş XİN başçısı, hazırda Pezeşkiyan hökumətinin təşkil olunmasına rəhbərlik edən Məhəmməd Cavad Zərif ultra sağçıların hücumuna məruz qalıb.
“Pelikan.Media”nın yaydığı xəbərə görə, Cəlili tərəfdarları Zərifi “Amerika və İsrailin adamı”, “küfrün mərkəzində təlim görmüş adam” və “kafir” adlandırıblar.
Qeyd edək ki, ultra sağların rəhbəri Səid Cəlili də dinc oturmayıb. O, yerli mediaya açıqlamasında deyib ki, Pezeşkiyanın komandasını bu qədər gec formalaşdırması başadüşülən deyil. “Bizə kölgə kabineti lazım deyil. Bizə üzdə olan və işlək bir komanda lazımdır. Pezeşkiyan isə prosesi yubatmaqla məşğuldur”.