Bu gün:
Xezer.info » Cəmiyyət » İlham Əliyev referendum mitinqlərinə başladı, nazirlər şokda

İlham Əliyev referendum mitinqlərinə başladı, nazirlər şokda


İlham Əliyev referendum mitinqlərinə başladı, nazirlər şokda
Prezident referendum ərəfəsində bölgələrə səfərlər edir Politika.Az xəbər verir ki, dövlət başçısı İlham Əliyevin rayonlarda əhali ilə görüşməsi ən böyük mitinq hesab oluna bilər. İ.Əliyev əvvəlcə cənub zonası, sonra şimal bölgəsinə yollanıb. Üstəlik, bu görüşlər son iki həftə ərzində olub. Prezident hər iki zonada keçirdiyi görüşlərdə əhali ilə xoş əhval-ruhiyyə ilə ayrılıb. Referendum ərəfəsində prezidentin bu səfərləri əslində, xalqla vəhdət olmasını, birgəliyini nümayiş etdirir. Dövlət başçısı xalqın, ictimaiyyətin önünə başıuca çıxaraq onlarla həmrəylik göstərir. Bu da təqdirolunan haldır. Əslində, dövlət rəhbəri mütəmadi olaraq rayonlara gedir, sakinlərlə görüşür, problemlərini dinləyir. Ancaq referendum ərəfəsində keçirilən u görüşlər daha tarixidir. Politika.Az-a hakimiyyətdəki mötəbər mənbədən daxil olan xəbərə görə, İ.Əliyevin səfərləri həm də nazirlərə dolayısı ilə vurulan ağır zərbədir. Çünki prezidentin tapşırığı ilə rayonlarda səyyar görüşlər keçirmiş nazirlərin bu kampaniyası heç bir xeyir vermədi. Xalq onları sözün məcazi mənasında daşqalaq edərək yola saldı. Əhali bu nazirlərin elə cümlə-xəyanətlərə bais olduqlarını bildikləri üçün boykot etdi. Prezidentin göstərişi ilə rayonlara çıxan məmur-nazirlərin problemlərin səbəbkarı olduqları üzə çıxdı. Ona görə də İ.Əliyev özü xalqla görüşlər keçirir və birbaşa təmasa keçir. Bu da olduqca uğurlu aksiyadır. Prezident bu səfərləri ilə həm nazirlərə, həm müxalifətə cavab vermiş olur. Əldə etdiyimiz bilgiyə görə, bu görüşlərdə digər məqsəd rayon icra hakimlərini yoxlamaqdır. Onların fəaliyyəti, kimlərin postunda qalacağı müəyyən edilir. Prezident referendumdan sonra yenidən siyahıya nəzər sala bilər. Hər halda bu səfərlər həm prezidentin referendum mitinqləridir, həm də fəaliyyətindən narazılıq olan məmurların nəzərdən keçirməkdir. “Qüsurlar var. Onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaq. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı demişdi. Dövlət başçısı işində qüsurlara yol verən məmurlara ciddi xəbərdarlıq etmişdi: “Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm - hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib, biz bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, təkcə özləri deyil, həmçinin onların ailə üzvləri də. Xalqla bir yerdə olmalı, yekəxanalıq etməməlidir”.