Bu gün:
Xezer.info » Bu gün » Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi

Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi


Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi
Bü gün Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib.

“Xezer.info”nun Ans press-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Armen Kaprielyan qeyd edib ki, Z.Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.

“İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.

Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.