İntihar məktubu yazıb – Evdən getdi
20-iyul-2024Şirvanda 14 yaşlı qız özünü öldürəcəyi ilə bağlı məktub yazıb evdən gedib.
Xezerinfo.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun özünü öldürəcəyi barədə məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir.
Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən 102 xidmətinə, Şirvan Polis Şöbəsinin 02121 5 14 50, 055 759 09 59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.