Bayden namizədliyini geri götürür?
19-iyul-2024“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.
Xezerinfo.az xarici mediaya istinad'n xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.
Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftəsonu elan etməyi planlaşdırır:
“Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”,- deyə jurnalist açıqlamasında qeyd edib.
Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilməyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.