Nikol müxalifəti yıxıb-sürüdü
07-may-2024“Müxalifətin tanınmış nümayəndələrindən biri canlı efirdə Ermənistanda açıq və ədalətli seçkilərin keçirilməsinin məqsədəuyğunluğundan şübhələnir. Bunun nə demək olduğunu başa düşürük? Bu o deməkdir ki, Ermənistanın suverenliyi mübahisəlidir, çünki suverenliyin mənbəyi xalqdır”.
Xezerinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
O qeyd edib ki, bir sıra daxili və xarici qüvvələrin müharibəyə ehtiyacı var və bu hakimiyyət dəyişikliyini seçkisiz həyata keçirmək məqsədi daşıyır.
“44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib. Onlar müharibəyə təhrik etməyi, Ermənistanda müharibə nəticəsində seçkisiz hakimiyyət dəyişikliyi təmin etməyi və bunun ardınca Ermənistanda qeyri-legitim, marionet hakimiyyətin quraraq Ermənistanın de-fakto, ardınca isə de-yure suverenliyini ləğv etmək istəyir”, o deyib.