Bu gün:
Xezer.info » Bu gün » Azərbaycanda Həcc ziyarətinə necə haram qatılır: Həccdən gələn Hacı deyil…

Azərbaycanda Həcc ziyarətinə necə haram qatılır: Həccdən gələn Hacı deyil…


Azərbaycanda Həcc ziyarətinə necə haram qatılır: Həccdən gələn Hacı deyil…
Xəbər verdiyimiz kimi, bu günlərdə Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə başlayıb. Məlumata görə, zəvvarlar artıq ümrə ziyarətini yerinə yetiriblər. Onlar hazırda yerləşdikləri hotellərdə istirahət edirlər və vəziyyətləri normaldır. Həcc ziyarətinə gedən zəvvarlar sentyabrın 11-də Ərəfat dağında vəqfə edəcəklər. Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin rəsmi açıqlamasında bildirilib ki, sentyabrın 2-də Ay görünmədiyi üçün həmin gün Zülqədə ayının son günü olaraq qəbul edilib. Bu gün isə Hicri-qəməri təqviminin son ayı olan Zilhiccə ayı başlayır. Qurban bayramının ərəfə günü Miladi tarixlə 11 sentyabra təsadüf edir. Bayramın 1-ci günü 12 sentyabr tarixində qeyd olunacaq. Buna görə də hacı namizədləri vəqfəyə sentyabın 11-də dayanacaqlar. Qeyd edək ki, azərbaycanlı zəvvarların sonuncu qafiləsi sentyabın 4-də səhər və axşam reysləri olmaqla təyyarə ilə Səudiyyə Ərəbistanına yollanacaqlar.
Bu il Azərbaycandan ümumilikdə 1050 nəfər Həcc ziyarətinə gedir. Zəvvarlardan 60 faizi kişi, 40 faizi isə qadındır. Heç kimə sirr deyil ki, həmin 1050 nəfərin əskəriyyətini məmur təbəqəsi təşkil edir. Ona görə ki, ölkədə aclıq və səfalətin hökmranlıq etdiyi bir dönəmdə hansısa kasıbın 4-5 min manat tapıb, Həcc ziyarətinə getməsi inandırıcı deyil. Bu kimi faktlar həmin zəvvarların əskəriyətinin məmurlardan ibarət olması iddiasına yol açır ki, bu da bəzən ictimiyyətədə qeyri-ciddi qarşılanır. Ona görə ki, məmurlarımızın əksəriyyəti Həcc ziyarətinin mahiyyətini anlamır. Təsəvvür edin, Həcc ziyarətini günahlarının yuyulması kimi dəyərləndirən məmurlarımız var. Əksər məımurlarımız hər il Həcc ziyarətinə gedirlər ki, bununla da Allah qarşısında paklandıqlarını düşünürlər. Həccdən qayıtdıqdan sonra isə özlərinə “hacı” təxəllüsü müəyyənləşdirirlər. Bunu da, ziyarətlərinin ən ali məqsədlərindən biri hesab edirlər. Buna rəğmən Həccdən qayıtdıqdan sonra da öz çirkin əməllərini, eyş-işrətlərini davam etdirirlər. şübhszi ki, belə hallar ictimaiyyətdə mənfi rezonans doğurur. Maraqlıdır, görəsən Həcc ziyarətinin mahiyyəti nədən ibarətdir?elsadmiri2
Cümhuriyyət. az-ın suallarını cavablandıran ilahiyyatçı alim Elşad Miri qeyd edib ki, Həcc ziyarəti maddi və fiziki baxımdan gücü çatan insanların Allaha borcudur: ” Allah insanları ora dəvət edir. Amma bəzi insanlar ora gedib gəlsələr də, həmin ziyarətin mahiyətini dərk etmir. Bəziləri orda ömürlərinin 20 gününü keçirirlər. Onun da 12-13 gününü oteldə qalırlar, ya da alış- verişlə məşğul olurlar. Doğrudur, həqiqəti mənada 20 günün hamısını ibadətlə keçirənlər də olur ki, bu, ən doğru olanıdır. Sonra da 3 gün ərzində mina, ərafat və müzdərifə həyata keçirib, qurbanlarını kəsərək missiyalarını yekunlaşdırırlar. Amma buradakı əsas məqsəd odur ki, ora gedən insanlar bir- biri ilə tanış olsun, təmaslar qursunlar. Həmin münasibətlər sonrakı mərhələdə də davam etdirilsin. Eyni zamanda heç kim ora günahları yuyan məkan kimi baxmamalıdır. Bəziləri təxminən belə düşünür: “Burda hər gün günah edirəm, gedim orda günahlarımı yuduzdurum gəlim”. Əslində belə bir anlayış yoxdur və olmamalıdır da. Əsas odur ki, insan ora gedəndə başqaları ilə ünsiyyət qurusn və münaibət qurduğu insanlarla əlaqələrini davam etdirsin. Və həmin günlərdə müsəlman birliyinin bir -biri ilə əlaqəsi tənzimlənsin. Əfsuslar olsun ki, indiki halda Həcc ziyarəti düzgün anlaşılmır. Kimlərsə Həccə gedib-gəlir və özünə “hacı” dedizdirir. Halbuki “hacı” anlayışı yoxdur. Düzdü, Həcc vaxtı kiməsə hacı deyilə bilər. Amma bu o demək deyil ki, oan HƏcc dən sonra da hacı deyilməlidir. Hərbi xidməti başa vuran insanı yolda, küçədə görəndə ona cənab kapitan deyirik? Yox. Orda olan və orda da qalır. Həccdən gəlib ölkədə özünə “hacı” dedizdirmək doğru anlayış deyil. Bu, sadəcə bizim kimi ölkələrdə geniş yayılıb. Belə adamlar özlərinə hacı dezidirməklə “süddən çıxmış ağ qaşıq” görüntüsü yaradırlar. Adamın Azərbaycanda günü rüşvətlə keçir. Elə düşünür ki, gedib orda Allaha rüşvət verib qayıdıb. Və bununla da işlərini tamamlayıb. Yəni günahların yuduzdurub və təmizlənib. Amma yenə də gələndən sonra ölkəmizdə pis əməllərini və vərdişlərini davam etdirirlər. Sənin ora gedib gəlməyin həyatına müsbət dəyişikliklər gətimirsə, bu ziyarətin mənası nə idi?”.
E.Miri hesab edir ki, Həcc orda deyil, ordan qayıtdıqdan sonra başlayır: “Həcc mövcud olan bütün ibadətlərin cəmi olaraq qəbul olunur. Amma bunu düzgün başa düşməyib, doğru yerinə yetirməyənlər var. Belə olan halda həmin adamların niyyətində doğru olmayan məqamlar var ki, birinci növbədə onu düzəltmək lazımdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti üzərində qurduğu din biznesinə gəlincə, ekspert söyləyib ki, Həcc ziyarətini təşkil edən insanlar , qurumlar və yaxud şirkətlər məsələyə biznes kimi yanaşırlar: ” Onlar bunu “Allah üçün təşkil edim, insanlar gedib, orda mənə dualar etsin” fikirləri ilə təşkil etmirlər. Burada təşkilatçılıq məsələləri- otel, avtobuslarla aparıb-gətirmə, təyyarə və qida işləri var. Ora gedənlər ibadət məqsədi ilə gedə bilər. Ancaq bunu təşkil edənlər bu sahədən pul qazanmağı əsas götürü. Bu da , qəribsəniləcək məsələ deyil. Amma doğrudan da, QMİ- nin məqsədi insanları dinlə bağlı maarifləndirməkdirsə, minlərlə insanı düzgün maarifləndirib, geri dönmələrinə şərait yaradadırdı. Əfsuslar olsun ki, QMİ -də digər başqa təşkilatlar kimi Həcc ziyarətinə onlar da biznes gözü ilə yanaşırlar. DİN biznesmenləri olaraq ortaya çıxırlar”.
Cumhuriyyet.az