“GrandMart” şikayət əsasında 10 min manat cərimələndi
08-apr-2024“GrandMart” sakinlərin şikayəti əsasında cərimələnib.
Tribunainfo.az xəbər verir ki, supermarketlər şəbəkəsi olan “GrandMart” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 275.2-ci maddəsini pozub.
Belə ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
“GrandMart”ın işinə 15 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.