Doğuş zamanı ana öldü
07-iyun-2016Qubada Regional Perinatal Mərkəzində doğuş zamanı ana ölümü baş verib.
Xezer.info xəbər verir ki, rayonun Püstəqasım kənd sakini 25 yaşlı Aynurə Abasova doğuşdan sonra baş verən qanaxma nəticəsində dünyasını dəyişib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi qız uşağ isə sağ qalıb.
Mərhumun yaxınlarının sözlərinə görə, son ana qədər ananın vəziyyəti normal olub. Hətta tibb işçiləri doğuş zamanı dünyaya gələn qız uşağına görə muştuluq da alıblar. Onlar xəstənin vəziyyətinin pisləşməsini gizlətdiklərinə görə həkimləri günhalandırırlar.
Hazırda Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, 14 ay öncə ailə həyatı quran Aynurə Abasovanın bu ilk doğuşu olub