Anası məktəb direktoru olan Kamranın eşq macəraları... Köməksiz qalan tənha ana və 6 aylıq günahsız körpə-Mehdiabadda ailə dramı
08-sen-2016Redaksiyamıza Abşeron rayonu Mehdiabad qəsəbəsi Yeni Massivdə yaşayan Mirzəyeva Məleykə Osman qızı tərəfindən şikayət ərizəsi daxil olub.Ərizə sahibi bildirir ki,Nuriyev Kamran Nəbi oğlu ilə birgə nigahdan oğlu dünyaya gəlib.Hamilə olan Məleykə Mirzəyeva ilk vaxtlardan Kamran Nuruyevin və onun anasının ciddi təhdidlərinə məruz qalıb.Onlar israrla anaya öz körpəsindən imtina edərək onu məhv etməyə cəhd göstəriblər.Lakin Məleykə Mirzəyeva ona edilən təzyiqlərə sinə gərərək övladını dünyaya gətirib
Bundan sonra ona qarşı təzyiqlər daha da artmağa başlayıb.Şikayətçinin sözlərinə görə münasibətlər o qədər gərginləşib ki,Kamran Nuruyev və onun məktəb direktoru işləyən anası Afət xanım körpədən ümumiyyətlə imtina ediblər.Məcburiyyət qarşısında qalan ana atalığın müəyyən edilməsi üçün Abşeron Rayon Məhkəməsinə müraciət edib.Məhkəmədə isə ona bildiriblər ki, DNT analizinin verilməsi üçün Məhkəmə Tibbi Ekspertiza İdarəsinə 2300 AZN (iki min üç yüz manat) pul ödənilməlidir.Körpəsinin gündəlik tələbatı üçün pul tapa bilməyən ana bundan sonra daha da çıxılmaz vəziyyətə düşür.Əli hər yerdən üzülən köməksiz qalan qadın Prezident İlham Əliyevə və xanımı Mehriban xanım Əliyevaya müraciət edərək onlardan kömək istəyir.Məleykə Mirzəyevanın istədiyi isə yalnız bircə şeydir.Körpəsi yetkinlik yaşına çatana kimi məhkəmə tərəfindən təyin olunmuş alimenti qanunlar çərçivəsində əldə edə bilsin.Şikayətçi körpəsinin atası Nuruyev Kamran Nəbi oğlunun vaxtı ilə MTN-də( Milli Təhlükəsizlik Nazirliyi) sürücü vəzifəsində işlədiyini bildirir.Kamranın çalışdığı quruma baş verənlərlə bağlı müraciət edəndən sonra Nuruyev Kamran Nəbi oğlu aparılmış araşdırma nəticəsində xidmətkeçmə tələblərindən irəli gələn pozuntulara yol verdiyi üçün hərbi xidmətdən xaric edilərək ehtiyata buraxılıb.Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi xidmətinin Təşkilat-İnspeksiya baş idarəsi tərəfindən 26 avqust 2016-cı il 4306 saylı məktubla vətəndaş Mirzəyeva Məleykə Osman qızı məlumatlandırılıb.Şikayətçi bildirir ki, Kamran Nuruyevin anası Camalova Afət Zakir qızı Abşeron rayonu 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışır.Çıxılmaz durumda olan ana iddia edir ki,belə vəziyyətin yaranmasının əsas səbəbkarı Kamranın anası Afət xanımdır.Onun sözlərinə görə 6 aylıq körpəsi olan bir ananı aliment verməyərək küçələrə salan şəxs necə ola bilər ki,orta məktəbdə gələcəyimiz olan uşaqlara təlim-tərbiyə verməklə məşğuldur!? Şikayətçi qeyd edir ki,məhz Afət Camalova tutduğu mövqeyindən və maddi imkanlarından istifadə edərək problemin qanunlar çərçivəsində çözülməsinə maneçilik yaradır.Şikayətçi ərizəsində maraqlı bir məqama toxunur.Onun sözlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə nümayəndəsi Bayram adlı şəxs dəfələrlə şikayətçini çağıraraq onu müvafiq instansiyalara müraciət etməkdən yayındırmağa hətta, məktəb direktorunu müdafiə edərək şikayətçi tərəfi yolundan döndərməyə çalışıb.Məleykə Mirzəyeva icra nümayəndəsinin bu məsələdə hansı maraqlar güddüyünü anlamaqda çətinlik çəkdiyini bildirir.Şikayət ərizəsi ilə bağlı Afət xanımla telefon əlaqəsi yaratmağa cəhd etdik.Dəstəyi qaldıran Afət xanım bizə hədə-qorxu gələrək bu məsələ ilə bağlı vəkilinin bizə zəng edəcəyini bildirdi.Həqiqətən də bir neçə dəqiqədən sonra özünü Afət xanımın vəkili kimi təqdim edən İlkin Məmmədov adlı şəxs (050) 329-32-17 nömrəli telefonla bizə zəng etdi.Özünü vəkil kimi təqdim edən şəxslə belə qərara gəldik ki,sabah ( yəni dünən) məsələ ilə bağlı qarşı tərəf kimi hökmən münasibət bildiriləcək.Səhərisi gün nə Afət xanım, nə də İlkin məmmədov adlı şəxs telefon zənglərimizə cavab vermədilər.Biz şikayətçinin bütün fikirlərini olduğu kimi dərc etməklə baş verənlərə şərh verməyə ehtiyac duymadıq.Amma bir məqamı xüsusi vurğulamaq istəyirik ki,ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki,məmurlar və onların övladları elə həyat tərzi sürməlidirlər ki,sadə insanlara nümunə olsunlar.Onlar heç bir halda özbaşınalığa və harın həyat tərzinə meyl etməməlidirlər.Əgər belə hallara yol verilərsə həmin şəxslər və onların övladları cəzalandırılacaqlar.Prezident İlham Əliyev onu da qeyd edib ki, cəmiyyətdəki nöqsanların ,özbaşınalıqların və qanunsuzluqların ifşa olunmasında KİV (Kütləvi İnformasiya Vasitələri) aktiv olmalıdırlar.Biz də öz növbəmizdə prezidentin tapşırıq və tövsiyyələrindən nəticə çıxararaq öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.Gələn yazılarımızda apardığımız araşdırmaların digər nəticələri ilə ətraflı tanış olacaqsınız.Çalışacağıq tanınmış vəkillərin, QHT-nin (Qeyri-Hökumət Təşkilatlarının) ,Qadın və Uşaq problemlərinin həlli ilə məşğul olan ictimai birlik rəhbərlərinin məsələyə münasibətini öyrənərək dərc edək.
ARDI VAR...
Alyanspress.info