Bu gün:
Xezer.info » Siyasət » Ali Məhkəməyə 2 yeni hakim təyin olundu

Ali Məhkəməyə 2 yeni hakim təyin olundu



Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunublar.

Qeyd edək ki, uzun illər məhkəmə sahəsində çalışan T. Muxtarov həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.