“Təbriz” MTK məhkəməyə verildi
05-apr-2024“Təbriz” Mənzil Tikinti Kooperativi məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı məhkəmədə iddianı Əliyev Murquz Səhhət oğlu qaldırıb. Tərəflər arasında mübahisəyə səbəb mənzil münasibətləridir. İddiaçı vətəndaş “Təbriz” MTK-nın onun mənzilinə mülkiyyət hüququnun tanınmasını tələb edir.
MTK-nın işinə 1 may tarixində Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar