Bu gün:
Xezer.info » Qarabağ » Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağ məsələsinin bağlandığını DEYİB

Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağ məsələsinin bağlandığını DEYİB



Qarabağ məsələsi bağlanıb.

Xezerxeber.az “Hraparak”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vətəndaşlarla görüşdə deyib.

Məlumata görə, bir qrup şəxs görüş üçün şura katibinə müraciət ediblər. A.Qriqoryan onları qəbul edib.

Görüş zamanı həmin şəxslər Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı məsələ qaldırıblar, müzakirə aparmaq istəyiblər. Lakin Təhlükəsizlik Şurasının katibi bu barədə danışmaqdan imtina edib və görüşü tez bir zamanda yekunlaşdırıb.

“Görüş cəmi 20-30 dəqiqə çəkib. Armen Qriqoryan iştirakçıları sonadək dinləmək istəməyib. O bildirib ki, Qarabağ məsələsi bağlanıb və hakimiyyətin edə biləcəyi nə isə yoxdur”, - qəzet yazıb.