Bu gün:
Xezer.info » Dünya » Gürcüstanda ərzaq məhsullarıbahalaşıb

Gürcüstanda ərzaq məhsullarıbahalaşıb


Gürcüstanda ərzaq məhsullarıbahalaşıb
Cari ilin avqust ayında Gürcüstanda ərzaq məhsullarının və gündəlik tələbat və ərzaq mallarının, eləcə də alkoqolsuz içkilərin qiymətlərində 1,4 faiz artım qeydə alınıb.

Azərtac bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, cari ilin iyul ayı ilə müqayisədə avqust ayında nəqliyyat sahəsində 0,3 faiz, mebel və ev əşyaları sahəsində 0,1 faiz, mədəniyyət, istirahət və əyləncə sahəsində 0,9 faiz, mehmanxana xidmətləri, restoran, kafelərdə 0,2 faiz, digər mallar və xidmət sahəsində isə 0,3 faiz bahalaşma qeydə alınıb.

Avqust ayında Gürcüstanda inflyasiya 0,4 faiz təşkil edib.