Bu gün:
Xezer.info » Bu gün » Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib?

Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib?



Keçmiş deputat Fərhad Qəribova məxsus “Debüt” Kommersiya Bankı ilə “Elz-Line LTD” MMC arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.
Qaynarinfo-nin məlumatına görə, bank bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Emin Əliyevin icraatındadır. Aprelin 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Fərhad Qəribov üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamanetdə 57 saylı Kürdəmir seçki dairəsini təmsil edib.
“Debüt” Kommersiya Bankı 30 dekabr 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 923 800 AZN-dir. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. O, həm də Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorudur.
“Debüt” Kommersiya Bankı hazırda ləğv prosesindədir.
Maraqlıdır ki, bankın məhkəməyə veridiyi “Elz-Line LTD” MMC-nin də təsisçisi Fərhad Qəribovun oğlu Rəşad Qəribovdur. O, indinin özündə də “Elz-Line LTD” MMC-nin qanuni təmsilçisidir.
Bəzi məlumatlara görə, Fərhad Qəribov deputatlıq karyerasını başa vurduqdan sonra “Debüt” Kommersiya Bankı onun nəzarətindən çıxıb.