Bu gün:
Xezer.info » Bu gün » Baba Rzayevin oğlunun yeni obyekti istismara verildi

Baba Rzayevin oğlunun yeni obyekti istismara verildi



Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən obyektin istismarına icazə verilib.
Yeniavaz.com xəbər verir ki, sahəsi 65,29 kv. metr olan obyektin sahibi Rzayev Fuad Balababa oğludur.
Qeyd edək ki, istismarına icazə verilən obyektin sahibi “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin oğludur.
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC prezidentinin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.
“GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.
Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.