Bu gün:
Xezer.info » Dünya » Yaxın Şərq ALOV içində – İranın bu qüvvələri vurulacaq…

Yaxın Şərq ALOV içində – İranın bu qüvvələri vurulacaq…



2023-cü il oktyabrının 7-sindən etibarən Həmasın İsrailə hücumundan sonra Yaxın Şərqdəki geosiyasi vəziyyət gərgin olaq qalır. Qəzza zolağının şimalında antirerror əməliyyatlarına başlayan İsrail dövləti Həmasa ağır zərbələr vurur. İsrailin problemi isə mülki şəxslərin hara yerləşdirilməsi ilə əlaqədardır. Misir Rəfah qapısını açmır. Mülki əhali Qəzza zolağının cənubuna doğru gedib. Tribunainfo.az yazır ki, siyasi ekspert Rüstəm Tağızadə hadisələri təhlil edib.


Onun fikrincə,, humanıtar böhran bu prosesdən sonra daha da gərginləşib: “Təxminən iki ay öncə verdiyim müsahibədə İsrailin Refaha hücumunu proqnoz etmişdim. Bundan başqa, Suriyada İran milislərinə qarşı əməliyyatların olacağını qeyd etmişdim. Bu gün bu prosesləri görürük. Rəfahla bağlı İsrail humanitar böhran yaşamamaq üçün bir plan tərtib etməlidir. Yaxın Şərqin proyeksiyasi Anqlo-Saks ittifaqının nəzarətindədir. Düzdür, Suriyada Rusiya və İranın da maraqlarının qorunduğu bölgələr var. İsrail İranın proksi qüvvələrinə qarşı mübarizəni davam etdirəcək. Bu qüvvələr İsrailə xeyli dərəcədə ziyan vurur. Türkiyə Həmasla əlaqədar siyasətində ehtiyatla davranır. Düşünürəm ki, Ərdoğan hökuməti İsraillə münasibətləri korlamaq niyyətində deyil. Bu həm də onun Suriya siyasətinə zidd olacaq”. Ekspert hesab edir ki, İsrail İran hərbçilərinə qarşı əməliyyatları davam etdirəcək: “Yaxın Şərqdə həm də qızğın kəşfiyyat müharibəsi gedir. İsrailin hədəfi Həmasdan sonra Hizbullah olacaqmı? Hizbullah daha güclü hərbi cəhətdən təşkilatlanıb. Bundan başqa, ordusunda əsgər sayı da çoxdur. Hazırda Hizbullahla müharibə aparmaq İsrailə lazım deyil. Bu ikinci cəbhənin açılması deməkdir. Ancaq Hizbullahın varlığı İsrailə təhlükə yaradır. Proseslər olduqca gərgin bir vəziyyət alır. İran müharibənin öz sərhədindən uzaq olmasını istəyir. Bunu proksi qüvvələri ilə həyata keçirir. İsrailə ABŞ yardım etsə də bəzən ona problemlər də yaradır. Yaxın Şərqdə yenidən münaqişə ocaqları meydana gələcək”.