Türkiyədən Ermənistana çağırış: Mina xəritələrini Azərbaycana dəqiq çatdırın
04-apr-20244 aprel Ümumdünya Mina Maarifləndirilməsi və Minalardan Təmizlənməsinə Dəstək Günü ilə bağlı Xarici İşlər Nazirliyi “Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa çağırırıq” deyib.
Xezerinfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Nazirlikdən verilən yazılı açıqlamada BMT Baş Assambleyasının mina və partlamamış hərbi sursat təhlükəsinə diqqət çəkmək məqsədi ilə 4 aprel tarixini “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan etdiyi xatırladılıb və deyib: “ Türkiyə dünyada və regionda həm quruda, həm də dənizdə minalarla mübarizədə qərarlıdır: “Bu, konkret töhfələr verən bir ölkədir”.
Bəyanatda bildirilib ki, piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə məhv edilməsinə dair Ottava Konvensiyası və bu çərçivədə qurulan beynəlxalq əməkdaşlıq dəstəklənməlidir.