Azərbaycan demoqrafiq və sosial böhran astanasında – Hüquq müdafiəçisi
04-apr-2024Azərbaycan əhalisinin sayı 2 000 000-dan çox azala bilər. Nəticə olaraq əhalinin yaş tərkibi dəyişir və qoca əhalinin sayı cavanlara nisbətdə artır. Bu isə artıq sosial və demoqrafik böhran deməkdir.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, əhalinin bu cür azalması demoqrafik və sosial böhran yaradır:
“Bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında hazırlayıblar. Mənə inandırıcı görünmür. Amma tendensiya azalmaya doğrudur. Bu baş versə, proses yalnız say azalaması ilə deyil, cins və yaş tərkibinin əhamiyyətli dəyişməsi ilə müşahidə olunacaq.
Məlumata görə, Azərbaycan əhalisinin gələcəkdə 10 462 904 nəfərdən 8 265 201 nəfərə qədər azalacağı gözlənilir. 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayının 161,64% azalması baş verə bilər.
Nəticə etibarilə əhalinin yaş tərkibi kəskin dəyişəcək. Gənc nəsil azalır, qocalar isə artır. Bu da demoqrafiq və sosial böhran yaradır.
Çünki bu azalma mexaniki baş vermir. Azalma o deməkdir ki, ona mütənasib olaraq əhalinin yaş tərkibi dəyişir və qoca əhalinin sayı cavanlara nisbətdə artır. Bu isə artıq sosial və demoqrafik böhran deməkdi”.