Bu gün:
Xezer.info » Eksklüziv » Valideynlər imtahanda az bal yığanları intihara aparır – Həkim

Valideynlər imtahanda az bal yığanları intihara aparır – Həkim



İmtahandan az bal toplamış yeniyetmə evdən qaçıb. Əsas odur sağ-salamatdır, özünə xəsarət yetirməyib. Ancaq illərdir bal “xəstəliyi” və ya balın yaratdığı psixi problemlər davam edir.

Tribunainfo.az yazır ki, bu problemi həkim-pediatr Vaqif Qarayev gündəmə gətirib. Həkim bildirib ki, hər ilin bu aylarında uşaqların davranışında və sağlamlığında problemlər yarandığına görə valideynlər psixoloq axtarışına çıxır:

“Bütün bünlar azmış kimi imtahansonrası intiharlar da artır. Təki bu il olmasın.
Ancaq etiraf etməliyik ki, övladlarımızın ali təhsil almasında və ailə qurmasında aşırı zorakılıq və aqressivlik göstəririk. Valideyn eqoizmi sərhəd tanımır və nəticə də həmişə ürəkaçan olmur.
Uşaqları qoruyaq! Onlar bizə sağlam lazımdır! Yerdə qalanlar kampaniyaçılıqdı və uşağın sağlamlığına zərər vurur”.

Nigar