G7 ölkələri Rusiya ilə bağlı müzakirələr aparır
27-mar-2024“G7 ölkələri Rusiya neftinin müəyyən edilmiş qiymət həddini indiki 60 dollar/bareldən endirmək imkanını müzakirə edirlər”.
“Xezerinfo.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Payet deyib.
O, həmçinin Rusiyanın yanacaq-energetika kompleksinə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Qeyd edək ki, Rusiya xam neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. G7 ölkələri, Aİ və bir sıra digər dövlətlər Rusiya neftinin bu qiymətdən yuxarı daşınmaması və ya daşınmasına xidmət göstərməmək barədə razılığa gəliblər.