Partiya sədri Cavid Qurbanovu hədəfə aldı: “O pula…”
11-yan-2024“Deməzdim ki, Azərbaycan Dəmir Yollarında (ADY) Cavid Qurbanovun gedişindən sonra inqilabi dəyişikliklər baş verib. Ümumiyyətlə, Qurbanovdan sonra ADY-də hansı dəyişikliklərin olduğunu bilmək üçün, gərək, ADY fəaliyyətə başlasın. Təəssüf ki, hələ tam fəaliyyətə başlamayıb. Yenilik o olar ki, qatarların sayı, istiqamətlər çoxalsın, xidmət keyfiyyəti artsın”.
Xezerinfo.az Pravda-ya istinadla xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O, ADY-də qiymətlərin baha olmasından narazılıq edib:
“Səhv etmirəmsə, təkcə Bakı-Qazax sürət qatarı işləyir. Bakı-Qazax sürət qatarının qiyməti 120 manatadəkdir. 120 manata camaat təyyarə bileti alır. Gürcüstandan İtalyaya uçmaq 60 avro –120 manatdır. Bakıdan Qazaxa 120 manat verib, guya ki VİP yerdə gedirsən. Qiymətlər 40 manatdan başlayır və bu, daxili nəqliyyat üçün çox bahadır. Eyni zamanda Bakı-Sumqayıt arası çalışan sürət qatarlarında da kifayət qədər sıxlıq, qiymət yüksəkliyi var…”