Bu gün:
Xezer.info » Manşet » Əliyev Köçəryanla Sərkiyanı da həbs etdirəcək – Erməni türkoloqdan ŞOK

Əliyev Köçəryanla Sərkiyanı da həbs etdirəcək – Erməni türkoloqdan ŞOK



Azərbaycan Serj Sərkisyan və Robert Köçəryanın həbs olunması üçün hər şeyi edəcək.

Xezerinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək, Əliyev bunu birbaşa dedi. Azərbaycan qaz təchizatı baxımından Avropa Birliyinin əsas tərəfdaşlarından biridir. Ona görə də heç bir halda Qərbin təzyiqindən qorxmur, çünki belə bir şey olmayacaq”, – V.Geqamyan bildirib.

Qeyd edək ki. Prezident İlham Əliyev yerli teveiziyalara müsahibəsi zamanı Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin “liderlərindən” danışıb. İ.Əliyev “O qruplaşmada sadəcə 2 nəfər çatışmır, onlar da hazırda İrəvandadırlar. Onlar olsa, heyət tam formalaşacaq” deyib.