Bu gün:
Xezer.info » Dünya » Bu gün Qara dənizdə mina təhlükəsinə qarşı saziş imzalanacaq

Bu gün Qara dənizdə mina təhlükəsinə qarşı saziş imzalanacaq



Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdəki mina təhlükəsinə qarşı tədbirlər görür.
Xezerinfo.az xəbər verir ki, üç ölkənin yaratdığı təşəbbüs çərçivəsində bu gün saziş imzalanacaq. İmzalanma mərasiminə İstanbul ev sahibliyi edəcək. Müqavilə Qara dənizdə regional təhlükəsizlik və sabitliyə töhfə vermək məqsədi daşıyır.

Anlaşma memorandumunun imzalanacağı mərasimin bu gün Sarıyerdəki Kalender Köşkündə keçirilməsi planlaşdırılır.

Bu çərçivədə Rumıniyanın müdafiə naziri Angel Tilvar və Bolqarıstanın müdafiə nazirinin müavini Atanas Zapryanov arasında anlaşma memorandumu milli müdafiə nazirinə təqdim edilib.