“Ege Hospital” məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir (FOTO)
09-yan-2024“Ege Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.
Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.
Fuad Əliyev
Əbülfət Abbasov həkimlər barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi və mənəvi ziyanın ödənilməsi” iddiasını qaldırıb.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.