Bu gün:
Xezer.info » Manşet » Prezident və birinci xanım Perinatal Mərkəzdəki yanğın hadisəsini nəzarətə götürüb

Prezident və birinci xanım Perinatal Mərkəzdəki yanğın hadisəsini nəzarətə götürüb



Baş prokuror Kamran Əliyev Perinatal Mərkəzdə baş verən yanğın hadisəsininin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb.
Xezerinfo.az xəbər verir ki, baş prokuror bu barədə hadisə yerinə baş çəkərkən deyib.
“Prezident İlham Əliyev və birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb. Faktla bağlı cinayət işi başlanıb”, – o qeyd edib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.