Bu gün:
Xezer.info » Eksklüziv » Ekspertdən AYNA-ya sərt tənqid

Ekspertdən AYNA-ya sərt tənqid



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “Azparking” MMC-nin rəhbərliyi bu işin fəsləfəsini, məğzini bilmirlər, hətta qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldurlar.Tribunainfo.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli AYNA-nın mətbuat katibi Tural Orucova ünvanladığı suallara cavabını dəyərləndirərkən deyib.

“Orxan müəllim deyir ki, sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər. Amma “Azparking” şirkətdir, MMC-dir, təsisçisi dövlət quruçu olan kommersiya təşkilatıdır, kommersiya təşkilatının əsas qayəsi pul qazanmaq olduğu üçün onlar cərimələyən qurum ola bilməz, hətta elə bir qərar varsa, qanunsuzdur, ləğv edilməlidir.
Tural Orucovun sözlərinə görə, yığılan vəsaitin xərc qaydaları var, həmin qaydalarda deyilir ki, Nazirliyə daxil olan vəsaitin 50%-dək, Agentliyə daxil olan vəsaitin isə 30%-dək hissəsi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclənir.
Bu rəzalətdir, belə çıxır ki, AYNA və onun təsis etdiyi kommersiya qurumu cərimələrin yazılmasında maraqlıdırlar, kommersiya qurumuna belə maraq yaratmaq olmaz, bir daha – kommersiya qurumunun məqsədi gəlir götürməkdir, gəlirini cərimə ilə təmin edirsə, aşırı maraq yaranır, bu qeyri-qanunidir” deyə, N.Cəfərli bildirib.

Ekspert sual edir ki, biz MMC işçisinin gəlirlərinin artması üçün niyə pul verməliyik ki?!:

“Əgər onların marağı cərimələrin çox olmasıdırsa, deməli, işlərini də cərimələrin qarşısını alacaq şəkildə deyil də, daha çox qayda pozuntusunun olmasına görə quracaqlar – mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?!
Mən Böyük Şəhər Bələdiyyəsi, seçilmiş şəhər hökuməti istəyirəm, pulu da onlara sevə-sevə ödəməyə hazıram, təyinedilmişlərin maaş və gəlirlərinin artması üçün ödəniş etmək istəmirəm”.