Bu gün:
Xezer.info » Dünya » İsrail cənazə evinə raket atdı

İsrail cənazə evinə raket atdı



İsrail ordusu ötən gün Livanın cənubunda öldürülən Hizbullahın yüksək səviyyəli səhra komandirlərindən Visam Hüseyn Tavilin dəfn mərasiminin keçirildiyi əraziyə yaxın hava hücumu təşkil edib.

Xezerinfo.az xəbər verir ki, İsrail ordusu Hizbullah Xirbet əs-Slim qəsəbəsində komandir Tavilin evinin yaxınlığında ardıcıl iki hücum həyata keçirib.

Hücum dəfn mərasiminin keçirildiyi ərazidən cəmi 1-2 kilometr aralıda həyata keçirilib. Hücum səbəbilə bölgədə qısa müddətli çaxnaşma yaşanıb.

Mərasimin keçiriləcəyi ərazidə İsrail PUA-larının səsləri intensiv şəkildə eşidilməkdə davam edir.