Bu qərar əmlak bazarını çökdürəcək – Ekspert
09-yan-2024Artıq daşınmaz notarial alqı-satqısında 20 000 manatdan artıq məbləğ üçün gəlir deklarasiyası tələb olunur. Yəni əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir. Azərbaycan əmlak bazarı bu qərarla çökəcək.
Bu barədə Tribunainfo.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, 2 gün ərzində yüzlərlə əmlakçı bu məsələ ilə bağlı zəng vurur. Alıcılar gəlir deklarasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtmalı olurlar:”Ölkə əhalisinin 25 faizə qədəri Rusiyada yaşayır və işləyir. Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki, orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirdilər. Başqa bir tərəfdən də ölkədaxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər də yetəri qədərdir ki, onlar da gəlir deklarasiyası təqdim edə bilmirlər. Bir tərəfdən Bakını yenidən tikib qurmaq istəyirik, digər tərəfdən də tikənlərin belini qırırıq. İnsanlarımızın aldığı əmək haqqı ilə sürdükləri avtomobillərlə yaşadıqları evlərin qiymətləri axı heç vaxt üst-üstə düşməyib.
Avropa qanunlarını burada icra etmək istəyən xarici təhsillilər, bir zəhmət Aropadakı əmək haqqını ilk olaraq bura da verin, daha sonra oranın qanunlarını tətbiq edin”.