Putin Odessanı Rusiya şəhəri adlandırdı
14-dek-2023“Odessa Rusiya şəhəridir və bu haqda hamı bilir”.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
“Odessa Rusiya şəhəridir, bu haqda hamı bilir, lakin onlar tarixi cəfəngiyyatlar uydurdular”, deyən Rusiya prezidenti Ukraynanın cənub-şərqində insanların həmişə rusiyayönlü şüarlara əməl edənlərə səs verdiyini əlavə edib.
Onun sözlərinə görə, Rusiya bununla SSRİ-nin dağılmasından sonra barışıb.
Dövlət başçısı əlavə edib ki, 2014-cü ildən sonra Ukraynada dövlət çevrilişi baş verəndən sonra məlum olub ki, Rusiyaya bu ölkə ilə normal münasibətlər qurmağa imkan verilməyəcək.