Bu gün:
Xezer.info » Dünya » “ABŞ-la münasibətləri bərpa etməyə hazıram” – Putin

“ABŞ-la münasibətləri bərpa etməyə hazıram” – Putin



“Rusiya ABŞ-la əlaqələr qurmağa hazırdır, bu, vacib və lazımlı ölkədir”.
Xezerinfo.az TASS-a istinadla xəbər verir ki, bunun Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
“Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin bərpası üçün hələlik fundamental şərtlər yoxdur, onlar ilk növbədə başqalarına hörmət etməyə başlamalıdırlar”, – Rusiya lideri bildirib.
O qeyd edib ki, Rusiya da öz tərəfindən ABŞ-la münasibətləri bərpa etməyə hazırdır.