Bu gün:
Xezer.info » Qarabağ » ORDUNU GERİ ÇƏKSƏK, ERMƏNİSTANI İTİRƏ BİLƏRİK – KARAPETYAN

ORDUNU GERİ ÇƏKSƏK, ERMƏNİSTANI İTİRƏ BİLƏRİK – KARAPETYAN



Siyasətdən getdiyini açıqlayan keçmiş müdafiə naziri Arşak Karapetyan bu gün jurnalistlərin suallarını ətraflı cavablandırıb.

Xezerinfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, o, müharibənin bitmədiyini bəyan edib.

“Heç kim bizimlə sülh müqaviləsi imzalamaq fikrində deyil. Ordunun çıxarılması cinayətdir, atəş açmamaq cinayətdir”, – Karapetyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi qoşunlarını çıxarsa, biz Ermənistanı itirə bilərik.

“Mütləq müqavimət göstərmək, döyüşmək lazımdır”, – deyə keçmiş müdafiə naziri vurğulayıb.