“BANK OF BAKU” MÜŞTƏRİLƏRİ BANKIN DAXİLİ QAYDALARINDAN NARAZIDIR – ŞİKAYƏT
14-dek-2023“Bank of Baku” öz müştəriləri belə kartlarından pul çıxararkən komissiya haqqı tutur. Bu hal bank müştərilərini narahat edir.
Tribunainfo.az xəbər verir ki, bank müştərisi Ayşə İsazadə bu problemlə bağlı banka müraciət etsə də, bir tədbir görülməyib:
““Bank of Baku”nun ictimaiyyətlə əlaqələr şöbəsindən məsul əməkdaş kim var? Şikayətimizi kimə bildirək? Bankın öz kartından öz halalca pulumu çıxaranda məndən niyə komissiya tutulmalıdır? Dekabrın 1-də müraciət etmişəm, hələ “araşdırır”lar. Mənim banka 1 manat borcum olsa idi, 14 gündə faizi yükləyəcəkdilər amma. Bu necə iş prinsipidir??? Vaxtım, pulum, əsəbim boş yerə niyə getməlidir? Kim verəcək bunun hesabını?”.
Sözügedən bankdan narazı olan və şikayət edən isə tək A.İsazadə deyil. Bank müştərisi Tural Alıyev də bankın bu problemindən boğaza yığılıb:
“Bu yaxınlarda ABB dən pul köçürmə eləmişdik ölkədaxili. Düz 3 gün gözlədik. Özü də bir şey olan kimi deyirlər ki, sistemdə problem var. Adama deyərlər, mənə nə, sizə görə mən niyə əziyyət çəkməliyəm?”.