Bu gün:
Xezer.info » Manşet » “KONTAKT HOME” PULU ÖDƏNMİŞ MƏHSULU 17 GÜNDÜR SAHİBİNƏ ÇATDIRMIR – ŞİKAYƏT

“KONTAKT HOME” PULU ÖDƏNMİŞ MƏHSULU 17 GÜNDÜR SAHİBİNƏ ÇATDIRMIR – ŞİKAYƏT



“Kontakt Home”dan 24.11.2023 tarixində ödənişini etdiyim məhsulu hələ də əldə edə bilmirəm. 3 dəfə mağazaya yaxınlaşıb 5 dəfə call center ilə əlaqə saxlasam da, hər dəfə malumat veriləcək bəhanəsi ilə dəstəyi asıb geridönüş etmirlər. Tribunainfo.az yazır ki, bu barədə İmran Cəfərli aosil şəbəkədə paylaşım edib. O bildirib ki, 5-7 gün ərzində çatdırılacaq dedikləri məhsul 17 gündür çatdırılmır:

“Trendyoldan sifariş verilən məhsul 5 günə gəlir, Bakıxanov mağazasından Mərdəkan mağazasına 17 gün ərzində məhsul çatdıra bilmirlər. “Kontakt Home”, bir daha ən bərbad mağaza olduğunuzu sübut etdiniz”.