“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” - Paşinyan
11-dek-2023“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”.
Xezerinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Paşinyan bildirib ki, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib:
“Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi”.