Bu gün:
Xezer.info » Qarabağ » AVROPA İTTİFAQI ERMƏNİ HƏRBÇİLƏRİNƏ TƏLİM KEÇƏCƏK?

AVROPA İTTİFAQI ERMƏNİ HƏRBÇİLƏRİNƏ TƏLİM KEÇƏCƏK?



Avropa İttifaqı İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərə təlim keçmək niyyətində deyil. Xezerinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Peter Stano “İzvestiya”ya müsahibəsində bildirib.

“Aİ Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, – Stano bildirib.

Eyni zamanda o, qeyd edib ki, Avropa İttifaqı ER Silahlı Qüvvələrinin hərbçilərinə Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.