Bu gün:
Xezer.info » Eksklüziv » ATATÜRK PROSPEKTİNDƏ TƏHLÜKƏLİ SƏKİ – FOTO

ATATÜRK PROSPEKTİNDƏ TƏHLÜKƏLİ SƏKİ – FOTO



Nərimanov rayonu Atatürk prospektində piyada səkisində acınacaqlı və olduqca təhlükəli vəziyyət hökm sürür.

Tribunainfo.az xəbər verir ki, prospektdə yeni tikilən bina istifadəyə veriləndən sonra piyada səkisinə də daşlar düzülüb. Lakin səki binanın ən alt mərtəbələrindən daha hündürdə yerləşdiyi üçün səkidə dəmir qolluqlara ehtiyac yaranıb.
Səkinin kənarları boşluğa açılır. Günün qaranlıq saatlarında nabələd adam yıxıla, ciddi şəkildə zədələnə bilər. Sakinlər isə xüsusilə uşaqlardan narahatdır. Sakinlər bildirir ki, bəzən uşaqlar orada velosiped sürür, qaçıb oynayırlar.
Ancaq təhlükəli vəziyyət nə tikintini aparan qurumu, nə də aidiyyəti qurumları narahat etmir. Sakinlər tezliklə tədbir görülməsini istəyir.