Bu gün:
Xezer.info » Bu gün » QIZILCAYA YOLUXMA AZALIR… MƏCBURİ PEYVƏND İŞƏ YARADI? – HƏKİM

QIZILCAYA YOLUXMA AZALIR… MƏCBURİ PEYVƏND İŞƏ YARADI? – HƏKİM



Qızılca ilə bağlı vəziyyət yaxşılaşmağa doğru gedir. Bunun əsas səbəbi epidemiya ocaqlarının qapanması oldu.

Xezerinfo.az yazır ki, bu barədə həkim-pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, vaxtında tədbir görüldüyü üçün vəziyyət normallaşmaya doğru gedir:

“Deməzdim ki, son günlərin peyvənd ajiotajı hesabına yaxşılaşma olub. Çünki qızılca peyvəndi bir həftə, on gün ərzində immunitet yarada bilməz. Epidemiya ocaqlarındakı qapanmaların xüsusi təsiri oldu. Həm ehtiyatlı valideynlər uşağını bağçaya göndərmədi. Bu da yoluxmanın sayını azaltdı. Bütün hallarda peyvəndlərə davam etmək lazımdır”.
QIZILCAYA YOLUXMA AZALIR… MƏCBURİ PEYVƏND İŞƏ YARADI? – HƏKİM
Həkim bildirib ki, hazırda başqa viruslar da var:

“Yenə də xəstə uşaqlar kollektivlərə aparlır. Qızılcada azalma qeydə alınsa da, başqa xəstəliyi olan uşaqların kollektivlərə aparılması çox pis haldır. Bu sağlam uşağı da yoluxdurmaq, immuniteti göz görə-görə zəiflətməkdir. Uşaqları peyvənddən yayındırmaq olmaz”.