BİRBANK BİLDİRİŞİ 6 SAAT SONRA GÖNDƏRİR – ŞİKAYƏT
11-dek-2023Birbank kartına göndərilən vəsait haqqında müştəriyə 6 saat sonra məlumat verilir.
Tribunainfo.az xəbər verir ki, bu problemi Vüsal adlı istifadəçi ictimailəşdirib. O bildirib ki, ona pul göndəriləndən sonra kartına dəfələrlə baxıb:
“Birbank taksit kartıma pul göndərilib 18:10 da. Wi-fi ilə internetdə olmağıma rəğmən program bildirişi 00:05 də gəlib, tam 6 saat sonra. Hətta bu müddət ərzində bir neçə dəfə programa daxil olmuşam da.
Deməli, kartdan pul çəkilsə, bu halda da bildiriş gəlməyəcək və xəbərimiz olmayacaq.
Sms bildirişi pullu etmək bir növ dələduzlara bir az da şans vermək kimidir. Birbank proqramı düzgün işləmir, bir mənalı olaraq”.