Bu gün:
Xezer.info » Bu gün » QIŞ DEPRESSİYASINDAN QURTULMAĞIN 6 QIZIL YOLU

QIŞ DEPRESSİYASINDAN QURTULMAĞIN 6 QIZIL YOLU



Artıq havaların soyuqluğu hiss edilməyə başlayıb. Günəş işığı çox az görünür və havalar tutqun və buludlu keçir. Bu xüsusilə gününün böyük hissəsi evdə keçən, sentimental, əhvalı havadan asılı olanlarda depressivlik yaradır. Ancaq mütəxəssislər bunun da çarəsini tapıb.

Xezerinfo.az yazır ki, qış depressiyasına düşməməyin 6 qızıl qaydası var.

-Gündəlik fiziki aktivliyiniz olsun
Hava hətta çox soyuq olsa belə gün ərzində bir saatlıq havaya çıxın, qaçın, idman edin. Gündəlik olaraq bunu davam etdirsəniz sizdə yeni məşğuliyyət yaranmış olacaq. Bu insanda rus yüksəkliyi də yaradır.

-Sağlam qidalanın
Sağlıqlı qidalar insan bədəninin enerjisini artırır. Menyuda meyvələr, göyərti və tərəvəzlər bol olmalıdır.

-Günəş işığında vaxt keçirin
Qışda günəş az-az görünür. Buna görə də günəş görünən vaxt mütləq havaya çıxın, gəzişin, açıq havada vaxt keçirin. Yarım saatlıq gəzintidə qış günəşinin içinizi neçə fərahlatdığını hiss edəcəksiz.

-Sosiallaşın
Sosiallaşmaq depressiyanı azaldır. Mümkün qədər dostlarla danışın, görüşün. Birlikdə planlar qurun. Bu sizin depressiyaya düşmənizin tam qarşısını alacaq.

-Özünüzə vaxt ayırın
Kiminsə sizi istismar etməsinə imakan verməyin. Özünüzə vaxt ayırın, istəklərinizi yerinə yetirin. Evdən çıxın, bir yerdə əyləşib özünüzə dadlı yemək, isti çay sifariş edin. Tək qalmağı qətiyyən yataraq dəyərləndirməyin.

-Stresinizi yönəltməyi öyrənin
Stress qış depressiyasının əsas səbəbidir. Stresinizi azaltmağı öyrənin.Yoqa, rahatladıcı nəfəs məşqləri sizi stressdən xilas edə bilər.